Yuxarı
    Bağlamaq

    Türkiyədə teatr aktyorları qəzaya düşüb, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

    “Gözyaşı Geceləri” adlı teatrın aktyor heyəti Nevşehirə gedərkən sürücü idarəetməni itirib və mikroavtobus qəza törədib

    Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyədə teatr aktyorlarını aparan mikroavtobus qəzaya düşüb.

    "Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə Nevşehir şəhərində baş verib. 

    “Gözyaşı Geceləri” adlı teatrın aktyor heyəti Nevşehirə gedərkən sürücü idarəetməni itirib və mikroavtobus qəza törədib. Nəticədə 25 yaşlı aktyor Muhammet Tiyek ölüb. Sürücü Bekir Erdem Öz isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Sürücünün komada olduğu bildirilir.

    Qəzaya görə Nevşehir Kapodokiya Mədəniyyət Mərkəzində nümayiş olunacaq “Son kale” tamaşası ləgv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi