Türkiyədə teatr aktyorları qəzaya düşüb, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyədə teatr aktyorları qəzaya düşüb, 1 nəfər ölüb, 1 nəfər yaralanıb “Gözyaşı Geceləri” adlı teatrın aktyor heyəti Nevşehirə gedərkən sürücü idarəetməni itirib və mikroavtobus qəza törədib
İncəsənət
26 Noyabr , 2016 16:50
Türkiyədə teatr aktyorları qəzaya düşüb, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyədə teatr aktyorlarını aparan mikroavtobus qəzaya düşüb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə Nevşehir şəhərində baş verib. 

“Gözyaşı Geceləri” adlı teatrın aktyor heyəti Nevşehirə gedərkən sürücü idarəetməni itirib və mikroavtobus qəza törədib. Nəticədə 25 yaşlı aktyor Muhammet Tiyek ölüb. Sürücü Bekir Erdem Öz isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Sürücünün komada olduğu bildirilir.

Qəzaya görə Nevşehir Kapodokiya Mədəniyyət Mərkəzində nümayiş olunacaq “Son kale” tamaşası ləgv edilib.

Son xəbərlər

Orphus sistemi