Yuxarı

Samarada "Mstislav Rastropoviç adına Musiqi Festivalı" başlayıb

Festival iki gün davam edəcək

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Samarada "Mstislav Rastropoviç adına Musiqi Festivalı" başlayıb.

"Report" xəbər verir ki, səkkizinci dəfə təşkil olunan festival iki gün davam edəcək. Tədbirdə Marinski Teatrının Simfonik orkestri çıxış edəcək.

Samara Akademik Opera və Balet Teatrının səhnəsində keçiriləcək konsert proqramı 3 hissədən ibarət olacaq. Üçüncü konsert xeyriyyə məqsədilə təşkil ediləcək.

Builki festivalda bəstəkar Sergey Raxmaninovun musiqiləri səslənəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi