​Yazıçı Paulo Koelyo Kim Çen Inın qətli ilə bağlı filmə 100 min dollar təklif edib

​Yazıçı Paulo Koelyo Kim Çen Inın qətli ilə bağlı filmə 100 min dollar təklif edib Koelyo ekran əsərini pulsuz öz bloqunda yerləşdirmək niyyətindədir
İncəsənət
19 Dekabr , 2014 08:19
​Yazıçı Paulo Koelyo Kim Çen Inın qətli ilə bağlı filmə 100 min dollar təklif edib

Bakı. 19 dekabr. REPORT.AZ/ Məşhur braziliyalı yazıçı Paulo Koelyo Şimali Koreya lideri Kim Çen Inın qətli haqqında çəkilən "Müsahibə" filminin hüquqlarını ona satmaq təklifi ilə "Sony Pictures" kino şirkətinə müraciət edib.

"Report" xəbər verir ki, ədəbiyyatçı filmə görə 100 min dollar məbləğində pul təklif edib.

Koelyo razılıq əldə olunacağı təqdirdə, ekran əsərini pulsuz öz bloqunda yerləşdirmək niyyətindədir.

"Sony Pictures" şirkəti ötən gün dekabrın 25-də göstərilməli olan "Müsahibə" filminin nümayişindən rəsmi olaraq imtina edib.

Şirkət bu addımını Amerikanın əksər kinoteatr şəbəkələrinin filmin nümayişindən imtina etməsi ilə izah edib.

Son xəbərlər

Orphus sistemi