Bakı. 19 dekabr. REPORT.AZ/ Məşhur braziliyalı yazıçı Paulo Koelyo Şimali Koreya lideri Kim Çen Inın qətli haqqında çəkilən "Müsahibə" filminin hüquqlarını ona satmaq təklifi ilə "Sony Pictures" kino şirkətinə müraciət edib.
"Report" xəbər verir ki, ədəbiyyatçı filmə görə 100 min dollar məbləğində pul təklif edib.
Koelyo razılıq əldə olunacağı təqdirdə, ekran əsərini pulsuz öz bloqunda yerləşdirmək niyyətindədir.
"Sony Pictures" şirkəti ötən gün dekabrın 25-də göstərilməli olan "Müsahibə" filminin nümayişindən rəsmi olaraq imtina edib.
Şirkət bu addımını Amerikanın əksər kinoteatr şəbəkələrinin filmin nümayişindən imtina etməsi ilə izah edib.