Yuxarı
    Bağlamaq

    "Oskar" mükafatının qalibləri bəlli olub

    Qəzəbli yollar filmi 4 Oskara birdən sahib olub

    Bakı.29 fevral. REPORT.AZ/ Los-Ancelesdə Amerika Kino Akademiyasının təsis etdiyi 88-ci "Oskar" mükafatının təqdimat mərasimi olub.

    "Report" xəbər verir ki, 25 kateqoriyada təqdim edilən "Oskar"ın bu ilki qaliblərininin adları açıqlanıb və onlara mükafatlar təqdim edilib.

    Leonardo Di Kaprio "Sağ qalmış" ("The Revenant") filmində oynadığı rola görə "Ən yaxşı aktyor" mükafatına layiq görülüb.

    "Ən yaxşı aktrisa" nominasiyasında Bri Larson "Otaq" filmində oynadığı obraza görə, "Ən yaxşı rejissor" nominasiyasında Alexandro Qonzalez İnyarritu "Sağ qalmış" filminə görə "Oskar" qazanıb.

    "Ən yaxşı bəstəkar" nominasiyasında Ennio Marrikone, "Ən yaxşı xarici film" nominasiyasında Macarıstan kinematoqrafçılarının çəkdiyi "Saulun oğlu" filmi, "Ən yaxşı ssenari" nominasiyası üzrə "Spotlight" ("Diqqət mərkəzində") filminə görə Tom McCarthy ve Josh Singer, "Ən yaxşı ikinci dərərcəli qadın aktrisası" nominasiyasında "Danimarkalı qız" filminə görə aktrisa Alicia Vikander, "Ən yaxşı saç və makiyaj mükafatını" "Qəzəbli yollar" filmi, "Ən yaxşı sinematoqraf" mükafatını "Diriliş" filminə görə Emmanuel Lubezski, "Ən yaxşı quruluş" mükafatını "Qəzəbli yollar" filmi qazanıb.

    Ümumilikdə, "Qəzəbli yollar" filmi 4 "Oskar"a birdən sahib olub.

    "Ən qısa animasiya" filmi Bear Story, "Ən yaxşı animasiya" filmi Inside Out, "Ən yaxşı ikinci dərəcəli kişi aktyoru" mükafatını Mark Rylance, "Ən qısa sənədli film" mükafatını "A Girl in the River" sənədli filmi qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi