"Oskar" mükafatının nominantları açıqlanıb

"Oskar" mükafatının nominantları açıqlanıb Ən yaxşı kişi aktyor adı uğrunda Rayan Qoslinq, Keysi Afflek və Denzel Vaşinqton da yarışacaq
İncəsənət
24 Yanvar , 2017 17:47
Oskar mükafatının nominantları açıqlanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Los-Ancelesdə illik "Oskar" mükafatının nominantlarının adlarının elan olunması mərasimi keçirilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu il ABŞ Kino Sənəti Akademiyası ən yaxşı kişi aktyor üçün nəzərdə tutulmuş mükafata 5 namizəd müəyyənləşdirib.

"Ən yaxşı kişi aktyor" kateqoriyasına Keysi Afflek ("Dəniz kənarında Mançester", Manchester by the Sea), Denzel Vaşinqton ("Hasarlar", Frences), Rayan Qoslinq ("La La Lend", La La Land), Viqqo Mortensen ("Kapitan Fantastik", Captain Fantastic) və Endryu Qarfild ("Döyüş vadisi", Hacksaw Ridge) daxil edilib.

Ən yaxşı rejissor adı uğrunda Deni Vilnöv ("Gəliş"), Mel Gibson (Döyüş vadisi), Demyen Şazell (La La Lend), Kennet Lonerqan (Dəniz kənarında Mançester) və Barri Cenkins (Ay işığı) yarışacaq.

Ən yaxşı film nominasiyasında isə "Gəliş", "Hasarlar", "Döyüş vadisi", "Hər vəchlə", "Gizli fiqurlar", "La La Lend", "Aslan", "Dəniz kənarında Mançester" və "Ay işığı" filmlərindən biri qalib elan olunacaq.

İngilis versiyası Oscar nominations revealed

Son xəbərlər

Orphus sistemi