“National Geographic”in jurnalistləri Azərbaycanda ilk info-tur keçirir

“National Geographic”in jurnalistləri Azərbaycanda ilk info-tur keçirir Tədbirə Hindistan, İran, Koreya, İsrail, Çin, Gürcüstan, Belarus və Rusiyadan iştirakçılar qatılıb
İncəsənət
8 İyul , 2015 17:21
“National Geographic”in jurnalistləri Azərbaycanda ilk info-tur keçirir

Bakı. 8 iyul. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və "National Geographic Azerbaijan" dərgisinin birgə təşkilatçılığı ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) rəsmi nəşrləri olan "National Geographic" və "National Geographic Traveler" jurnallarının fotoqraf və jurnalistlərinin 18 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana info-tur təşkil edib.

"Report" xəbər verir ki, info-turun keçirilməsində məqsəd xarici jurnalistləri Azərbaycanın zəngin maddi-mənəvi mədəniyyəti, əsrarəngiz təbiəti ilə yaxından tanış etmək, onların ölkə barədə məlumatlarını artırmaqdır.
Tədbirə Hindistan, İran, Koreya, İsrail, Çin, Gürcüstan, Belarus və Rusiyadan iştirakçılar qatılıb.

Təşkil olunan 2 info-tur (6-13 iyul və 15-23 iyul) çərçivəsində iştirakçılar İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası, Mərdəkan Qalası, Atəşgah məbədi, Yanardağ və s. tarix mədəniyyət abidələrini ziyarət edəcək.
Bununla yanaşı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki istiqamətində hərəkət edərək burada müxtəlif tarixi abidələri, həmçinin, Şamaxıda Cümə Məscidini və Şəkidə Xan Sarayını ziyarət edəcək.

Son olaraq qonaqlar Gəncədə Xan Bağı və Cümə Məscidi ilə tanış olaraq, Mingəçevirə, daha sonra Naftalana səfər edəcək, iştirakçılar eyni zamanda Naftalan müalicəvi nefti ilə yerindən tanış olmaq imkanı qazanacaq.

Son xəbərlər

Orphus sistemi