Bakı. 8 iyul. REPORT.AZ/
"Report" xəbər verir ki, info-turun keçirilməsində məqsəd xarici jurnalistləri Azərbaycanın zəngin maddi-mənəvi mədəniyyəti, əsrarəngiz təbiəti ilə yaxından tanış etmək, onların ölkə barədə məlumatlarını artırmaqdır.
Tədbirə Hindistan, İran, Koreya, İsrail, Çin, Gürcüstan, Belarus və Rusiyadan iştirakçılar qatılıb.
Təşkil olunan 2 info-tur (6-13 iyul və 15-23 iyul) çərçivəsində iştirakçılar İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası, Mərdəkan Qalası, Atəşgah məbədi, Yanardağ və s. tarix mədəniyyət abidələrini ziyarət edəcək.
Bununla yanaşı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki istiqamətində hərəkət edərək burada müxtəlif tarixi abidələri, həmçinin, Şamaxıda Cümə Məscidini və Şəkidə Xan Sarayını ziyarət edəcək.
Son olaraq qonaqlar Gəncədə Xan Bağı və Cümə Məscidi ilə tanış olaraq, Mingəçevirə, daha sonra Naftalana səfər edəcək, iştirakçılar eyni zamanda Naftalan müalicəvi nefti ilə yerindən tanış olmaq imkanı qazanacaq.