Yuxarı
    Bağlamaq

    Musiqili Teatr Türkiyədə Dədə Qorqud Beynəlxalq Festivalında iştirak edəcək

    Festival çərçivəsində müxtəlif tədbirlər sərgilər, ustad dərsləri, məşhur dramaturqlarla, şairlərlə görüşlər, konfranslar, şeir gecələri keçirilir

    Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı Türkiyədə keçiriləcək 23-cü Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalına dəvət alıb.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hər il bir çox dünya ölkələrinin, xüsusilə də türk kökənli dövlətlərin incəsənət xadimlərinin qatıldığı festival iyulun 14-16-da Bayburt şəhərində baş tutacaq.

    Beynəlxalq festivalın əsası 1995-ci ildə qoyulub və Bayburt Bələdiyyəsinin təşkilatçılığı ilə hər il keçirilir. Bu il 23-cü dəfə keçiriləcək Dədə Qorqud Beynəlxalq festivalında Musiqili Teatrın balet truppası artıq ikinci dəfə iştirak edəcək.

    Dədə Qorqudun bütün dünyada daha böyük miqyasda tanıdılması, türk mədəniyyətinin təbliği, xalqlar arasında sülhün və qardaşlığın möhkəmlənməsi və inkişafı məqsədilə təşkil olunan festival çox rəgarəng və zəngin proqrama malikdir. Festival iştirakçıların Dədə Qorqudun Bayburtdakı məzarını ziyarət etməsilə başlayır.

    Festival çərçivəsində müxtəlif tədbirlər sərgilər, ustad dərsləri, məşhur dramaturqlarla, şairlərlə görüşlər, konfranslar, şeir gecələri keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi