Yuxarı

"Mozalan" studiyasının elan etdiyi müsabiqə başa çatıb

Nəticələr yanvarın sonunda açıqlanacaq

Bakı. 15 yanvar. REPORT.AZ / "Mozalan" studiyasının keçən il noyabrın 15-də elan etdiyi “Ən yaxşı bədii süjet ssenariləri” müsabiqəsi sona çatıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyasının mətbuat xidməti yayıb.

Müsabiqəyə daxil olan ssenarilərin sayının çox olması ilə əlaqədar olaraq nəticələr yanvar ayının sonunda elan olunacaq.

Qaliblərin adları azerbaijanfilm.az saytında və "Mədəniyyət" qəzetində açıqlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi