Bakı. 15 yanvar. REPORT.AZ / "Mozalan" studiyasının keçən il noyabrın 15-də elan etdiyi “Ən yaxşı bədii süjet ssenariləri” müsabiqəsi sona çatıb.
"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyasının mətbuat xidməti yayıb.
Müsabiqəyə daxil olan ssenarilərin sayının çox olması ilə əlaqədar olaraq nəticələr yanvar ayının sonunda elan olunacaq.
Qaliblərin adları azerbaijanfilm.az saytında və "Mədəniyyət" qəzetində açıqlanacaq.