Yuxarı

Moskvada "Azərbaycanın ənənəvi sənəti" adlı sərgi keçiriləcək

​Moskvada "Azərbaycanın ənənəvi sənəti" adlı sərgi keçiriləcək
Qonaqlara Qarabağ xalçaları nümayiş etdiriləcək

Bu gün Moskvada Dövlət Şərq Muzeyində "Məkan harmoniyası. Azərbaycanın ənənəvi sənəti" adlı sərginin açılışı olacaq.

"Report" şəhərin rəsmi saytına istinadən xəbər verir ki, sərgidə Azərbaycan Xalça Muzeyinin və Rusiya Dövlət Şərq Sənət Muzeyinin kolleksiyasından 100-dən çox dekorativ-tətbiqi sənət predmeti nümayiş etdiriləcək.

"Sərginin qonaqları XIX-XX əsrin əvvəllərində Azərbaycan evlərində mövcud olmuş ənənəvi interyerin özəllikləri ilə tanış olacaqlar. Həmçinin onlar xalçaların və toxuculuğun məkan harmoniyasının yaradılmasındakı rolunu öyrənəcəklər", - məlumatda deyilir.

Sərgi ekspozisiyasına toy mərasimi predmetləri, ənənəvi cehiz elementləri, müxtəlif növ və tip əllə tikiş nümunələri daxildir.

Bundan əlavə, sərgidə həmçinin XIX əsrə aid Qarabağın "Bəhmənli" xalçasını da görmək mümkün olacaq. 

Qeyd edək ki, Rusiya Dövlət Şərq Sənət Muzeyinin tarixi 1918-ci ildə məhz bu xalçadan başlayır.

Sərgi mayın 12-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi