Yuxarı

Məşhur aktrisanın indiyə qədər açıqlanmayan məktubları hərraca çıxarılacaq

Hərracda aktrisanın 1951-1960-cı illərdə yaxın dostu, aktyor Feliks Eylmerə yazdığı 10 məktub alıcılara təklif olunacaq

Bakı. 14 iyun. REPORT.AZ/ Məşhur aktrisa Odri Hepbernin bu günədək açıqlanmayan məktubları hərraca çıxarılıb.

"Report" xəbər verir ki, satış auksionu iyunun 29-da Londonun Bonhams hərrac evində keçiriləcək.

Hərracda aktrisanın 1951-1960-cı illərdə yaxın dostu, aktyor Feliks Eylmerə yazdığı 10 məktub alıcılara təklif olunacaq.  

Aktrisanın həyatının müxtəlif anlarından bəhs edən məktublarda balet məktəbindən Hollivuda gələn Odri Hepbernin ulduz həyatı, Ceyms Hensonla nişanlanması, Mel Ferrerlə nigahı və ilk övladı Şon Ferrerin doğulmasından bəhs edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi