Məşhur aktrisanın indiyə qədər açıqlanmayan məktubları hərraca çıxarılacaq

Məşhur aktrisanın indiyə qədər açıqlanmayan məktubları hərraca çıxarılacaq Hərracda aktrisanın 1951-1960-cı illərdə yaxın dostu, aktyor Feliks Eylmerə yazdığı 10 məktub alıcılara təklif olunacaq
İncəsənət
14 İyun , 2016 16:38
Məşhur aktrisanın indiyə qədər açıqlanmayan məktubları hərraca çıxarılacaq

Bakı. 14 iyun. REPORT.AZ/ Məşhur aktrisa Odri Hepbernin bu günədək açıqlanmayan məktubları hərraca çıxarılıb.

"Report" xəbər verir ki, satış auksionu iyunun 29-da Londonun Bonhams hərrac evində keçiriləcək.

Hərracda aktrisanın 1951-1960-cı illərdə yaxın dostu, aktyor Feliks Eylmerə yazdığı 10 məktub alıcılara təklif olunacaq.  

Aktrisanın həyatının müxtəlif anlarından bəhs edən məktublarda balet məktəbindən Hollivuda gələn Odri Hepbernin ulduz həyatı, Ceyms Hensonla nişanlanması, Mel Ferrerlə nigahı və ilk övladı Şon Ferrerin doğulmasından bəhs edilir.

Son xəbərlər

Orphus sistemi