Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” adlı tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” adlı tamaşa hazırlanır Əsərin quruluşçu rejissoru Gülnar Hacıyevadır
İncəsənət
17 Yanvar , 2017 11:20
Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” adlı tamaşa hazırlanır

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşa səhnəyə qoyulacaq.  

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa əməkdar artist Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.

Səhnə əsəri şair-dramaturq  Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi “Vurğuna vurğun gəlin” pyesi əsasında ərsəyə gələcək. 

Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.

Son xəbərlər

Orphus sistemi