Yuxarı

Gənc rəssamların əsərləri sərgilənəcək

Sərgi Gənc rəssamlarla iş Konsepsiyasına uyğun  təşkil olunur

Bakı.23 dekabr.REPORT.AZ/ Dekabrın 24-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Xətai Sənət Mərkəz"ində gənc rəssamların əsərlərindən ibarət  "Yeni simalar" adlı sərgi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidməti yayıb.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına, Mədəniyyət və Turizm Nazirliyinin "Gənc rəssamlarla iş Konsepsiyası"na əsasən təşkil olunur.

"Gənc rəssamlarla iş Konsepsiyası"nın məqsədi Azərbaycan xalqının incəsənət sahəsində tarixi ənənələrin gələcək nəsillərə ötürülməsi, müasir təsviri və dekorativ-tətbiqi sənətin inkişafı, sərbəst yaradıcılıq fəaliyyətinə yeni başlayan rəssamların, sənətşünasların, ekspertlərin, tətbiqi sənət ustalarının sərbəst bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, onların beynəlxalq aləmə inteqrasiyası, istedadlı gənclərin aşkarlanması və cəmiyyətə təqdim olunmasından ibarətdir.
"Yeni Simalar" adlı sərgi gənc rəssamların üzə çıxarılması, onların yeni yaradılmış sənət əsərlərinin nümayişi, gənc simaların ictimaiyyətə təqdim edilməsi məqsədi ilə keçirilir.
Sərgidə Nərmin Abdullayeva, Novruz Məmmədov, Tahirə Allahverdiyeva, Raul Hüseynov, Cəlal Ağayev, Bəhruz Kəngərli, Vəfadar Baharov, Xanlar Əsədullayev, Nurlan Məmmədov, Kənan Əliyev, Əhəd Məmmədov, Vüqar İmamquliyev, Mətin Şərifov və digər gənc rəssamların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək.

Sərgi dekabrın 26-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi