Əbülfəs Qarayev Sumqayıt Dövlət Dram Teatrında olub

Əbülfəs Qarayev Sumqayıt Dövlət Dram Teatrında olub Nazir aparılan təmir işləri ilə tanış olub
İncəsənət
19 Fevral , 2016 17:39
Əbülfəs Qarayev Sumqayıt Dövlət Dram Teatrında olub

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aparılan təmir-bərpa işləri ilə tanış olub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Teatrda aparılan əsaslı təmir işləri haqqında nazirə məlumat verilib. Bildirilib ki, bərpa işləri başa çatandan sonra teatrın əsas zalının tutumu 650 nəfərə qədər artacaq. Əsaslı yenidən qurulacaq bina müasir səhnə avadanlıqları, işıqlandırma sistemləri ilə təmin olunacaq. O da diqqətə çatdırılıb ki, təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan həyata keçirilir. Sənət ocağının yaradıcı heyəti məşqlərini davam etdirir, yeni tamaşalar nümayiş olunacaq.

Nazir əsas tamaşa zalının lazımi avadanlıqlarla təmin olunması, eləcə də filmlərin nümayişi üçün kino zalının böyük ölçülü monitorla təchiz edilməsi ilə bağlı tapşırıqlar verib. Binanın daxili və xarici tərtibatının yüksək səviyyədə qurulması, işıqlandırma və səsləndirmə aparatlarının müasir tələblərə uyğun hazırlanması üçün mütəxəssislərin cəlb olunmasının zəruriliyini vurğulanıb.

Əbülfəs Qarayev işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi və digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib. 

Son xəbərlər

Orphus sistemi