"CinemaPlus Gənclik Mall"da" "Güc sahibi" filminin qalası keçirilib

"CinemaPlus Gənclik Mall"da" "Güc sahibi" filminin qalası keçirilib Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı CinemaPlus Gənclik Mallda mistika, triller janrında olan Güc sahibi filminin qalası keçirilib.
İncəsənət
13 Mart , 2018 22:34
CinemaPlus Gənclik Mallda Güc sahibi filminin qalası keçirilib
"Report"

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus Gənclik Mall"da" mistika, triller janrında olan "Güc sahibi" filminin qalası keçirilib.

"Report" xəbər verir ki, filmin galasında, filmdə rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, qonaqlar və media nümayəndələri iştirak ediblər.

Xronometrajı 100 dəqiqə olan filmin rejissoru Nərgiz Mahmudzadədir. O, eyni zamanda filmin ssenari müəllifi və baş qəhrəmanıdır.

Filmdə baş rolları Nərgiz Mahmudzadə ilə yanaşı İlqar Musayev, Gülşən Hüseynli, Mehin Hümbətova, Sənan Əlləz ifa ediblər.

Film üç uşaqlıq dostundan bəhs edir. Dostlar Amerikadan gələn qız dostlarına ev kirayələyirlər. Ev kənardan adi görünsə də qonşu evdə qəribə hadisələr baş verir. Bir gün dostun ad günü təşkil olunur və həmin bir əyləncə gecəsində çox şeylər məlum olur. Əsas hadisələr isə ad günündən sonra cərəyan edir.

Film martın 15-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi