Bakıda Mərakeşin etno musiqi qrupunun konserti keçirilib - VİDEO

Bakıda Mərakeşin etno musiqi qrupunun konserti keçirilib - VİDEO Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda Beynəlxalq Muğam Mərkəzində qnava ənənəvi musiqisi ifa edən etno qrupun konserti keçirilib.
İncəsənət
20 Aprel , 2018 11:22
Bakıda Mərakeşin etno musiqi qrupunun konserti keçirilib - VİDEO
Report

Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda Beynəlxalq Muğam Mərkəzində "qnava" ənənəvi musiqisi ifa edən etno qrupun konserti keçirilib.

"Report" xəbər verir ki, bu, qrupun Azərbaycandakı ilk konsertidir.

Qeyd edək ki, "qnava" dini-ritual musuqidir. Təxminən 500 il bundan əvvəl Cənubi Saharada yaşayan eyniadlı xalqın nümayəndələri hələ kölə olarkən bu musiqidən istifadə ediblər. İndi bu etnosun üzvləri Mərakeş və Əlcəzairdə yaşayırlar.

"Qnava" təkcə musiqi deyil, bu, bir xalqın həyat tərzidir. "Qnava" musiqisi bir xalqın köləlikdən azadlığa qədər çox çətin yolunu simvolizə edir və gələcək nəsillər üçün xatirədir", - Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş bildirib.

Son xəbərlər

Orphus sistemi