Azərbaycanlı balet artisti Sankt-Peterburq Dövlət Akademik Teatrında çıxış edəcək

Azərbaycanlı balet artisti Sankt-Peterburq Dövlət Akademik Teatrında çıxış edəcək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında ​fevralın 3-4-də Lüdvik Minkusun “Bayaderka” baleti nümayiş etdiriləcək
İncəsənət
13 Yanvar , 2018 10:22
Azərbaycanlı balet artisti Sankt-Peterburq Dövlət Akademik Teatrında çıxış edəcək

Bakı. 13 yanvar. REPORT.AZ/ Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında fevralın 3-4-də Lüdvik Minkusun “Bayaderka” baleti nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, səhnə əsərində Solorun partiyasını gənc balet artisti Timur Əsgərov ifa edəcək.

Qeyd edək ki, T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Son xəbərlər

Orphus sistemi