Yuxarı

Azərbaycanın "qara siyahı"ya saldığı ​məşhur ispan müğənnisi dələduzluğa görə həbs olunub

Monserrat Kabalye Dağlıq Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycanda arzuolunmaz şəxslərin siyahısına daxil edilib

Bakı. 15 dekabr. REPORT.AZ/ İspaniyanın tanınmış opera müğənnisi Monserrat Kabalye dələduzluğa görə 6 ay həbslə cəzalandırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda "Europa press" məlumat yayıb.

Məlumata görə, Barselona məhkəməsi həbslə yanaşı, 82 yaşlı M.Kabalyeni 255 min avro məbləğində cərimələyib. O, günahını etiraf edib. Müğənni səhətti ilə bağlı məhkəmə iclasına yaşadığı evdən video - konfransla qatılıb.

Xəbərdə bildirilib ki, müğənni 2014-ci ilin aprelində 500 min avrodan artıq məbləğində gəlir əldə edib, amma gəlirinin vergisini ödəməkdən yayınıb. Ona qarşı irəli sürülən ititham bununla bağlıdır. İstintaq zamanı müəyyən olunub ki, M.Kabalye Andorra və Rusiyada konsert proqramı ilə çıxış edəndən sonra əldə etdiyi gəlirin vergisini ödəməyib.

Xatırladaq ki, M.Kabalye 2013-cü il iyunun 13-də Dağlıq Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycanda "arzuolunmaz şəxslər"in siyahısına daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi