Azərbaycanın "qara siyahı"ya saldığı ​məşhur ispan müğənnisi dələduzluğa görə həbs olunub

Azərbaycanın "qara siyahı"ya saldığı ​məşhur ispan müğənnisi dələduzluğa görə həbs olunub Monserrat Kabalye Dağlıq Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycanda "arzuolunmaz şəxslər"in siyahısına daxil edilib
İncəsənət
15 Dekabr , 2015 15:35
Azərbaycanın qara siyahıya saldığı ​məşhur ispan müğənnisi dələduzluğa görə həbs olunub

Bakı. 15 dekabr. REPORT.AZ/ İspaniyanın tanınmış opera müğənnisi Monserrat Kabalye dələduzluğa görə 6 ay həbslə cəzalandırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda "Europa press" məlumat yayıb.

Məlumata görə, Barselona məhkəməsi həbslə yanaşı, 82 yaşlı M.Kabalyeni 255 min avro məbləğində cərimələyib. O, günahını etiraf edib. Müğənni səhətti ilə bağlı məhkəmə iclasına yaşadığı evdən video - konfransla qatılıb.

Xəbərdə bildirilib ki, müğənni 2014-ci ilin aprelində 500 min avrodan artıq məbləğində gəlir əldə edib, amma gəlirinin vergisini ödəməkdən yayınıb. Ona qarşı irəli sürülən ititham bununla bağlıdır. İstintaq zamanı müəyyən olunub ki, M.Kabalye Andorra və Rusiyada konsert proqramı ilə çıxış edəndən sonra əldə etdiyi gəlirin vergisini ödəməyib.

Xatırladaq ki, M.Kabalye 2013-cü il iyunun 13-də Dağlıq Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycanda "arzuolunmaz şəxslər"in siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi