Yuxarı

Azərbaycanın mədəni irsi ilə bağlı fotosərgi keçiriləcək

Sərgi Art Villa qalereyasında avqustun 26-27-də baş tutacaq

Bakı. 22 avqust. REPORT.AZ/ Art Villa qalereyasında avqustun 26-27-də "Mədəni irsimiz fotolarda” layihəsi həyata keçiriləcək.

"Report" xəbər verir ki, tədbir çərçivəsində gənc fotografların işlərində Azərbaycanın mədəni irs nümunələrini əks edən şəkillərdən ibarət sərgi təşkil olunacaq.

Sərginin məqsədi ölkənin milli-mədəni irsin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərinin yerli və xarici vətəndaşlara yaxından tanıdılmasıdır. 

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi