Azərbaycanın mədəni irsi ilə bağlı fotosərgi keçiriləcək

Azərbaycanın mədəni irsi ilə bağlı fotosərgi keçiriləcək Sərgi Art Villa qalereyasında avqustun 26-27-də baş tutacaq
İncəsənət
22 Avqust , 2016 15:19
Azərbaycanın mədəni irsi ilə bağlı fotosərgi keçiriləcək

Bakı. 22 avqust. REPORT.AZ/ Art Villa qalereyasında avqustun 26-27-də "Mədəni irsimiz fotolarda” layihəsi həyata keçiriləcək.

"Report" xəbər verir ki, tədbir çərçivəsində gənc fotografların işlərində Azərbaycanın mədəni irs nümunələrini əks edən şəkillərdən ibarət sərgi təşkil olunacaq.

Sərginin məqsədi ölkənin milli-mədəni irsin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərinin yerli və xarici vətəndaşlara yaxından tanıdılmasıdır. 

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi