Yuxarı

Azərbaycanda ilk dəfə "kölgə" janrında kiçik nağıllardan ibarət tamaşa hazırlanacaq

Bakı Uşaq Teatrı 14-cü teatr mövsümünə start verir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakı Uşaq Teatrı 14-cü teatr mövsümünə start verir. Yeni mövsümün başlanması ilə əlaqədar olaraq teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan yeni iş planını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı teatrın mətbuat xidməti yayıb. 

Bakı Uşaq Teatrı 21 yanvar - 1 fevral 2016-cı il tarixlərində İranda keçiriləcək 34-cü Beynəlxalq Fəcr Teatr Festivalına dəvət alıb və tədbirə hazırlaşır.

Teatr sentyabrın 26-da Türk dili Günündə mövsümün açılışına start verəcək. Açılışda Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında rejissor İntiqam Soltanın quruluşunda eyniadlı tamaşa nümayiş olunacaq.

Bakı Uşaq Teatrı yeni mövsümdə Mirzə Ələkbər Sabirin satiralarına, Cəlil Məmmədquluzadənin hekayələrindən birinə də müraciət edəcək. Teatrın repertuarında daha çox alleqorik janra üstünlük veriləcək, repertuarda olan tamaşaların əksəriyyəti yenilənəcək.

Qeyd edək ki, Bakı Uşaq Teatrı Azərbaycanda ilk dəfə “kölgə” janrında kiçik nağıllardan ibarət tamaşa hazırlamağı planlaşdırır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi