Yuxarı

"Axınla aşağı" filmi İtaliyada keçiriləcək festivalda nümayiş olunacaq

Festival noyabrın 20-dən 28-dək davam edəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi noyabrın 20-dən 28-dək İtaliyanın paytaxtı Romada keçiriləcək 16-cı ASIATICA, Encounters with Asian Cinema beynəlxalq film festivalına dəvət alıb.

"Report" xəbər verir ki, film festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq.

“Axınla aşağı” filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıb.

Qeyd edək ki, bu yaxınlarda “Axınla aşağı” filmi Avstriyada keçirilən LET’S CEE beynəlxalq film festivalının “İddialı debüt” müsabiqə proqramında “Münsiflər heyətinin xüsusi vurğuluması” mükafatına layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi