Amerikalı müğənni-bəstəkar Azərbaycanda konsert proqramı ilə çıxış edəcək

Amerikalı müğənni-bəstəkar Azərbaycanda konsert proqramı ilə çıxış edəcək Amerikalı müğənni-bəstəkar Toni Memmelin Azərbaycanda konsert proqramı ilə çıxış edəcək.
İncəsənət
9 Aprel , 2019 14:11
Amerikalı müğənni-bəstəkar Azərbaycanda konsert proqramı ilə çıxış edəcək

Amerikalı müğənni-bəstəkar Toni Memmelin Azərbaycanda konsert proqramı ilə çıxış edəcək. 

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, ABŞ Dövlət Departamentinin “İncəsənət Elçisi” proqramının himayəsi çərçivəsində səfirlik müğənninin səfərini dəstəkləyir.

Bu proqram Amerika musiqiçilərini mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir. T.Memmel fiziki əngəlli musiqiçidir və onun proqramı fiziki əngəlli insanların və onların məhdudiyyətsiz potensialının olmasını göstərir. Proqrama eyni zamanda Azərbaycan Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri də dəstək verir. 

T.Memmel Azərbaycanda bir neçə pulsuz konsert verəcək. O, fiziki əngəlli yerli musiqiçi və tələbələr üçün ustad dərsləri keçəcək. T.Memmelin Azərbaycandakı bütün konsertləri ödənişsizdir, giriş hamı üçün sərbəstdir. Konsertlər aprelin 9-da saat 19:00-da "Park Bulvar Mall"da, aprelin 10-u saat 15:00-da Xaçmaz Amerika Mərkəzi/Mərkəzi Kitabxanasında, aprelin 11-də saat 17:00-da Azərbaycan Milli Musiqi Konservatoriyasında və aprelin 12-də saat 15:00 Salyan Amerika Mərkəzi/Salyan Mərkəzi Kitabxanasında keçiriləcək.

Qeyd edək ki, T.Memmelin anadangəlmə dirsəkdən aşağı qolunun olmamağına baxmayaraq, gitarada ifa etməyinə kömək edə biləcək bir alət düzəldərək gitarada ifa etməyi tək başına öyrənib. O, 2013-cü ildə WAMI (Wiskonsın Bölgəsinin Musiqi Sənayesi) mükafatını qazanaraq Bon Iver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub.

O, davamlı şəkildə həyata keçirilən geniş qastrollarda iştirakı nəticəsində ABŞ-ın 45 ştatı və 10 xarici ölkəyə səyahət edərək konsertlər verib. Sənətçi bu günə qədər 4 böyük və 2 kiçik həcmli albom ərsəyə gətirib və musiqi yolu ilə mədəni əlaqələr qurmaq üçün məktəb, xəstəxana və uşaq evlərində bir çox konsertlər verib. O, həmçinin musiqi sahəsində bakalavr dərəcəsini qazanaraq klassik vokal üzrə ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi