Yuxarı

Nazir müavini: "Şəxsi məlumatların sosial şəbəkələrdə yerləşdirilməsi düzgün deyil"

Şəxsi məlumatların sosial şəbəkələrdə yerləşdirilməsi düzgün deyil
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə

"İnsanların şəxsi məlumatlarını, şəxsi həyatını sosial şəbəkələrdə yerləşdirməsi düzgün deyil, çünki, heç kim onlardan sonra necə istifadə ediləcəyini bilmir".

"Report" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. 

"Məsələn, kimsə harasa səyahət edirsə, bu barədə sosial şəbəkələrdə məlumat yaymaq düzgün deyil. Bu məlumatdan sizi tanıyanlar və tanımayanlar xoşagəlməz məqsədlər üçün istifadə edə bilərlər. Hər kəs bu məlumatları yayarkən sabahını düşünməlidir. Nazirlik olaraq sosial şəbəkələrdəki məlumatların ötürülməsi hallarına müdaxilə etmək imkanımız yoxdur. Çünki onlar ölkədən kənarda yerləşirlər. Sosial şəbəkələrin qaydalarının tənzimlənməsində hansısa ölkələrin və yaxud qurumların heç bir rolu yoxdur. Müəyyən təkliflər irəli sürsək də, onlara baxılmır", - o qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi