​Çin ilin sonunda turistləri kosmosa göndərəcək

​Çin ilin sonunda turistləri kosmosa göndərəcək Turistlər 81 min dollara çəkisizliyi hiss edəcək, planetin əyriliyi, Günəşin doğması və qürubunu görə biləcəklər
İKT
26 Yanvar , 2015 15:57
​Çin ilin sonunda turistləri kosmosa göndərəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ "Space Vision" şirkəti Çində ilk turist suborbital aparatının hazırlandığını bəyan edib.

"Report" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, şirkətin prezidenti Tsyan Fan deyib ki, layihə Çinin bir neçə kosmik tədqiqat mərkəzlərinin texniki dəstəyini qazanıb. Adı açıqlanmayan aparat heliumla doldurulmuş böyük şarın köməyi ilə Yer üzərində maksimal 40 km hündürlüyə qaldırılacaq, sonradan paraşütlə endiriləcək.

Kapsul 5 saatlıq səyahət edəcək, həmin müddət ərzində turistlər çəkisizliyi hiss etmək, iri panoramlı pəncərədən planetin əyriliyini, Günəşin doğmasını və qürubunu görə bilmək imkanı əldə edəcəklər.

Şirkət prezidentinin sözlərinə görə, "Space Vision" hava gəmisi üzərində işi iyunda başa çatdırmağı planlaşdırırlar. Sınaq buraxılışları iyula, kapsulun ilk kosmik uçuşu isə 2015-ci ilin sonuna nəzərdə tutulub. Biletin qiyməti 81 min ABŞ dolları təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi