Azərbaycanda blokçeyn texnologiyaları vasitəsilə gömrük prosedurlarına start verilir - EKSKLÜZİV

Azərbaycanda blokçeyn texnologiyaları vasitəsilə gömrük prosedurlarına start verilir - EKSKLÜZİV 2020-ci ildə yerli ixracatçı şirkətlərin biri ilə sənədsiz, məlumatların tam blokçeyn üzərindən paylaşılan pilot daşımanın təşkil edilməsi nəzərdə tutulub.
İKT
28 Yanvar , 2020 12:27
Azərbaycanda blokçeyn texnologiyaları vasitəsilə gömrük prosedurlarına start verilir - EKSKLÜZİV
Səfər Mehdiyev / Report

"2020-ci ildə yerli ixracatçı şirkətlərin biri ilə sənədsiz, məlumatların tam blokçeyn üzərindən paylaşılan pilot daşımanın təşkil edilməsi nəzərdə tutulub".

Bunu “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu pilot layihədə təminat zəncirinin bütün iştirakçıları “hyperledger” fabrik blokçeyni üzərindən bir-birinə məlumat göndərib, təsdiq edəcəklər.

Həmçinin o bildirib ki, GUAM ölkələrində gömrük prosedurları üçün tələb olunan sənədləri blokçeyn texnologiyası vasitəsilə paylaşmağı Dövlət Gömrük Komitəsi təklif edib: “Eyni zamanda Gürcüstan ilə məlumatların “blokçeyn” texnologiyası istifadə olunmaqla paylaşılması iki fərqli platforma üzərindən pilot proqramda tətbiq olunub. “Ethereum” və “hyperledger” blokçeyn şəbəkəsində bəzi məlumatların paylaşılması test üsulunda uğurla başa çatdırılıb”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevlə geniş müsahibəni sabah “Report”da oxuya bilərsiniz. 

Son xəbərlər

Orphus sistemi