Britaniya aviaşirkətinin 9 milyon müştərisinin məlumatları oğurlandı

Britaniya aviaşirkətinin 9 milyon müştərisinin məlumatları oğurlandı Böyük Britaniyanın aşağı büdcəli uçuşlar həyata keçirən “EasyJet” aviaşirkətinin təxminən 9 milyon müştərisinin məlumatları kiberhücum nəticəsində hakerlər tərəfindən oğurlanıb.
İKT
19 May , 2020 17:23
Britaniya aviaşirkətinin 9 milyon müştərisinin məlumatları oğurlandı

Böyük Britaniyanın aşağı büdcəli uçuşlar həyata keçirən “EasyJet” aviaşirkətinin təxminən 9 milyon müştərisinin məlumatları kiberhücum nəticəsində hakerlər tərəfindən oğurlanıb.

“Report” “banki.ru”ya istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Hakerlər şirkətin müştərilərinin elektron ünvanlarına və səyahət məlumatlarına yiyələniblər. Həmçinin 2 208 müştərinin bank kartlarında olan məlumatlar oğurlanıb.

Aviaşirkət məlumatları kibercinayətkarların əlinə keçən müştərilərinin hamısı ilə yaxın həftə ərzində əlaqə qurmaq niyyətindədir. “EasyJet” müştərilərə şirkət adından mesaj alarkən sayıq olmağı tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi