Yuxarı

​Azərbaycanda güzəştli şərtlərlə 27 min kompüter satılıb

Kompüterlər mövcud bazar qiymətlərindən 25-40% ucuz satılır

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanda “Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən “Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 26,8 minə çatıb. “Report” xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. 

Təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.

“Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və HP şirkətləri tərəfindən icra olunur, təchizat isə "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi