Yuxarı

Azərbaycanda 5G texnologiyası 2022-ci ildə tətbiq edilə bilər

Azərbaycanda 5G texnologiyasının tətbiq ediləcəyi tarix açıqlanıb

2025-ci ilə qədər MDB ölkələrində 5-ci nəsil kabelsiz mobil texnologiyaya (5G) qoşulanların sayı 54 milyon, mobil rabitə operatorlarının bu sahəyə yatırımları isə 27,3 milyard ABŞ dolları təşkil edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mobil Rabitə Sistemlərinin Qlobal Assosiasiyasının (GSMA) “Mobil iqtisadiyyat: Rusiya və MDB 2019” adlı araşdırmasında bildirilir. 

Sənəddə qeyd olunur ki, yaxın 6 il ərzində 5G şəbəkəsinə qoşulmaların 13%-i adıçəkilən ölkələrin payına düşəcək. Bundan başqa, qarşıdakı 15 il ərzində MDB ölkələrinin iqtisadiyyatı 5G texnologiyaları hesabına 34 milyard dollar gəlir əldə edəcək. 

MDB ölkələri arasında 5G texnologiyasını 2020-ci ildən Belarus və Rusiyanın, 2021-ci ildə Qazaxıstanın, 2022-ci ildə isə Azərbaycanın tətbiq edəcəyi bildirilir. 

Bundan başqa, araşdırma müəllifləri hesab edir ki, 2025-ci ilə qədər MDB ölkələrində 4G texnologiyasına qoşulanların sayı 292 milyon olacaq. 2018-ci ildə bu rəqəm 101 milyon olub. 

2025-ci ildə MDB ölkələrində smartfon qoşulmalarının 330 milyondan artıq olacağı, bütövlükdə qoşulmaların 77%-ni (2018-ci ildə 57% olub) smartfonların payına düşəcəyi ehtimal olunur. Araşdırma müəlliflərinə görə, həmin vaxt əşyaların internetindən əldə ediləcək gəlir 26 milyard dollara çatacaq, mobil əşyalar internetinə qoşulmalar isə 3 dəfədən çox artaraq 87 milyon dollar təşkil edəcək. Buna səbəb kimi “ağıllı şəhər”lərə, “ağıllı kommunal xidmətlər”ə marağın artması göstərilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi