Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - ƏLAVƏ OLUNUB

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - ƏLAVƏ OLUNUB Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanın Müdafiə Nazirliyi müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar arasında görüş barədə məlumat yayıb.
Hərbi
28 Mart , 2018 15:29
Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - ƏLAVƏ OLUNUB

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanın Müdafiə Nazirliyi müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar arasında görüş barədə məlumat yayıb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

***

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarla görüşüb.

“Report” xəbər verir ki, Ankarada keçirilən görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib.  

O, martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi