Yuxarı
    Bağlamaq

    Zakir Həsənov: "Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə təmin edilib"

    Göstərilən qayğını, etimadı doğrultmaq üçün şəxsi heyət daim döyüş hazırlığı səviyyəsini yüksəldir və möhkəmlənir

    Bakı. 2 may. REPORT.AZ/ "Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə, yüksək səviyyədə təmin edilib, sosial məsələlər həll olunub". 

    "Report"un Qarabağ bürosunun xəbərinə görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Tərtər rayonunda "N" saylı hərbi hissədə şəxsi heyətlə görüşündə Z.Həsənov bildirib: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

    Bütün şəxsi heyət adından Sizə dərin minnətdarlığımızı bildiririk. Silahlı Qüvvələrə yüksək qayğı göstərirsiniz.

    Cənab Ali Baş Komandan, Sizin diqqət və qayğınız nəticəsində bu gün Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə, yüksək səviyyədə təmin edilib, sosial məsələlər həll olunub. Göstərilən qayğını, etimadı doğrultmaq üçün şəxsi heyət daim döyüş hazırlığı səviyyəsini yüksəldir və möhkəmlənir.

    Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, Silahlı Qüvvələrin şəxsi heyəti bütün əmrlərinizi qısa müddətdə yerinə yetirməyə hazırdır və qadirdir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi