Bakı. 3 iyul. REPORT.AZ/ Latviyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik
Nazirlikdən "Report"a verilən məlumata görə, rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Latviya Respublikasına rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycanın müdafiə naziri Latviya prezidenti vəzifəsinə seçilməsi münasibətilə Raymonds Veyonisi təbrik edib və ona bu yüksək dövlət fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb.
Z.Həsənov bildirib ki, Azərbaycan və Latviyanın ikitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübəsi var: "Müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi qarşılıqlı surətdə Silahlı Qüvvələrimizin möhkəmlənməsinə kömək edəcəkdir”.
R.Veyonis öz növbəsində Latviyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını,
Sonra Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu, Azərbaycan ilə Latviya arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube iştirak edib.
Səfər iyulun 4-də başa çatacaqdır.