Yuxarı

Zakir Həsənov “Efes-2018” təlimlərində uğur qazanmış Azərbaycan hərbçilərini mükafatlandırıb

Zakir Həsənov “Efes-2018” təlimlərində uğur qazanmış Azərbaycan hərbçilərini mükafatlandırıb
Azərbaycan müdafiə naziri İzmirdə səfərdədir

Bakı. 9 may. REPORT.AZ/ İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyədə səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, təlimlərdə uğur qazanmış heyəti təbrik edən müdafiə naziri Azərbaycan hərbçilərinin beynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” təlimlərində Azərbaycan ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi