Yuxarı

Zakir Həsənov Çex Respublikası müdafiə nazirinin müavini ilə görüşüb

Görüşdə iki ölkə arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çex Respublikası müdafiə nazirinin müavini Yakub Landovski ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Çex Respublikası arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi