Zakir Həsənov Çex Respublikası müdafiə nazirinin müavini ilə görüşüb

Zakir Həsənov Çex Respublikası müdafiə nazirinin müavini ilə görüşüb Görüşdə iki ölkə arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Hərbi
28 Sentyabr , 2016 18:42
Zakir Həsənov Çex Respublikası müdafiə nazirinin müavini ilə görüşüb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çex Respublikası müdafiə nazirinin müavini Yakub Landovski ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Çex Respublikası arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi