Yuxarı

​Zakir Həsənov Böyük Britaniyaya səfər edəcək

Müdafiə naziri Böyük Britaniya səfiri ilə görüşüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkədəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşüb. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin nümayəndələrinin bəzi beynəlxalq qurumlar tərəfindən qəbul edilməsinin narahatçılıq doğurması ifadə olunaraq, bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Böyük Britaniyaya planlaşdırılan səfəri barədə məsələlər də müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi