Yuxarı

Tel-Əvivdə Azərbaycan və İsrail müdafiə nazirlərinin görüşü keçirilib

Tel-Əvivdə Azərbaycan və İsrail müdafiə nazirlərinin görüşü keçirilib
Tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı. 11 sentyabr. REPORT.AZ/ Tel-Əviv şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Aviqdor Liberman arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, protokola uyğun olaraq İsrail Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi