Yuxarı
    Bağlamaq

    Azərbaycan ​Prezidenti Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib

    Prezident İlham Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub, müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb

    Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 25-də Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.

    "Report" xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

    Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

    Sonra Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olub.

    Binada ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin həyat və fəaliyyətinin əks olunduğu muzey yaradılıb. Muzeydə Ulu Öndərin ordu quruculuğu fəaliyyətinə geniş yer verilib. Ümummilli Liderin respublikaya rəhbərliyinin həm birinci, həm də ikinci dövründə ölkədə ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirləri əks etdirən fotolar muzeydə sərgilənir. Bundan əlavə, Prezident İlham Əliyevin güclü maddi-texniki bazaya malik, vətənpərvər ordunun formalaşdırılması istiqamətində gördüyü işlər də muzeydə geniş əks olunub.

    Baş Qərargahın binasında müxtəlif tədbirlərin keçirilməsinə imkan verən, səsyazma və proyektor sistemi ilə təchiz olunan akt zalı da yaradılıb.

    Bildirilib ki, ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.

    Daha sonra Prezident İlham Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub.

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat veriblər ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait yaradılıb.

    Burada əsas komanda məntəqələri ilə birbaşa videobağlantılar qurulub.

    Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb.

    Bu maşınların funksiyası və imkanları barədə dövlət başçısına ətraflı məlumat verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi