Pakistan şirkətinin rəhbəri: “Əl qumbaraatanlarının istehsalı texnologiyasını Azərbaycana verməkdə maraqlıyıq”

Pakistan şirkətinin rəhbəri: “Əl qumbaraatanlarının istehsalı texnologiyasını Azərbaycana verməkdə maraqlıyıq” GIDS şirkəti quru qoşunları, hərbi dəniz qüvvələrinin təchizatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Hərbi
27 Fevral , 2017 11:17
Pakistan şirkətinin rəhbəri: “Əl qumbaraatanlarının istehsalı texnologiyasını Azərbaycana verməkdə maraqlıyıq”

Əbu Dabi. 27 fevral. REPORT.AZ/ Pakistanın GIDS (Global Industrial & Defence Solutions) şirkəti quru qoşunları, hərbi dəniz qüvvələri və daxili qoşunların təchizatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bu barədə "Report"a şirkətin rəhbəri, istefada olan general-mayor Tariq Cavaid bildirib.

Onun sözlərinə görə, şirkət artıq Pakistanda daxili qoşunlara silah təminatını həyata keçirir.

"Daxili qoşunları dəbilqələr, tüstü bombası ilə təmin edirik. HHQ və quru qoşunlarına gəlincə, artıq müqavilələrimiz var və hər iki ölkənin yüksək rütbəli məmurlarından təsdiq gözləyirik", - deyə, T.Cavaid vurğulayıb.

GIDS rəhbəri həmçinin əl qumbaraatanlarının istehsalı texnologiyasını Azərbaycana verməkdə maraqlı olduqlarını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu məsələ ilə bağlı müəyyən razılaşma var.

Son xəbərlər

Orphus sistemi