Yuxarı

Beynəlxalq qrup Naxçıvanda yerləşən hərbi texnikanın sayını yoxlayıb

Naxçıvandakı hərbi hissələrdə Silahlara Nəzarət inspeksiyası olub
© mod.gov.az

Bakı. 20 fevral. REPORT.AZ/ Danimarka Krallığının rəhbərlik etdiyi, tərkibində ABŞ, Almaniya, Böyük Britaniya və Çexiyadan nümayəndələrin də olduğu, 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Azərbaycan Ordusunun Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirməsi aparılıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə”, “Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, çapı 100 mm-dən yuxarı olan artilleriya qurğu və sistemlərinin, döyüş təyyarələrinin və zərbə helikopterlərinin sayı yoxlanılıb, əsgər yataqxanalarına, tibb məntəqələrinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.

İnspeksiyanın sonunda beynəlxalq inspeksiya qrupunun və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.
Səfər çərçivəsində qonaqlar muxtar respublikanın tarixi abidələrində, görməli yerlərində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi