Yuxarı

​Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Heydər Əliyevin abidəsi önünə və Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

"Report"un məlumatına görə, əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə və Zərifə Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan vətəndaşların xatirəsinə ucaldılan Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi