Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

Müdafiə Nazirliyində kollegiya iclası keçirilib Kollegiya iclası 2015-ci ilin qış tədris dövrünün yekunlarına həsr olunub
Hərbi
20 İyun , 2015 18:21
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

Bakı. 20 İyun. REPORT.AZ/ Müdafiə Nazirliyində 2015-ci ilin qış tədris dövrünün yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.

"Report"un Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, toplantida müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik komandirləri, Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmət, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri və digər məsul zabitlər iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən orduda aparılan islahatların davam etdirilməsi, hərbi hissələrin döyüşə hazırlıq vəziyyəti, hərbi qulluqçuların mənəvi-psixoloji durumu, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər haqqında geniş məruzə ilə çıxış edib.

Kollegiya iclasında hesabat dövründə istiqamətlər üzrə görülən fəaliyyətlərlə bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.

Müdafiə naziri yekunda Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin inkişafını əsas prioritet məsələ hesab etdiyini bir daha diqqətə çatdırıb və bunun da hərbçilər üçün böyük etimad olduğunu xüsusi vurğulayıb. Müdafiə naziri bildirib: "Etimadı doğrultmaq üçün hamımız xalq qarşısında məsuliyyətimizi dərindən dərk etməli, torpaqlarımızın azad edilməsi məqsədilə gecə-gündüz çalışaraq hər an döyüşə hazır vəziyyətdə olmalıyıq. Bizim başqa yolumuz yoxdur, çünki bu, hər birimiz üçün tarixi məqamdır."

Son xəbərlər

Orphus sistemi