Yuxarı

Zakir Həsənov təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib

Hərbi Lisey əsaslı şəkildə təmir olunur

Bakı. 20 dekabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə naziri inşaatla bağlı əvvəl verilən tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret göstərişlər verib.

Kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılmasının vacibliyini bir daha vurğulayan general-polkovnik Z.Həsənov gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlərin həllinə dair müvafiq tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi