Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib Bakı. 21 noyabr. REPORT.AZ/ Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana səfərə gəlib.
Hərbi
21 Noyabr , 2018 10:13
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 21 noyabr. REPORT.AZ/ Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana səfərə gəlib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə iştirak etməkdir. 

Bildirilib ki, Y.Gülerin və V.Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi önünə, eləcə də şəhid məzarlarına əklil və gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi