Yuxarı

Giresunda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib - YENİLƏNİB

Giresunda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib - YENİLƏNİB
Türkiyənin milli müdafiə naziri soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlərimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır.

General-polkovnik Zakir Həsənov ölkədə matın 31-nin azərbaycanlıların soyqırımının 100 iliyi kimi qeyd edildiyini həmkarlarının diqqətinə çatdırıb. Müdafiə naziri bildirib ki, 1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakıda və digər ətraf rayonlarda erməni silahlı dəstələri tərəfindən on mindən çox azərbaycanlı qətlə yetirilib və itkin düşüb.

Soyqırımı ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli xalqımıza başsağlığı verib.


*** 12:03

Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş başlayıb.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi